Accessibility links

Amerika dolları necə hazırlanır [Video]


Amerika dolları necə hazırlanır
please wait

No media source currently available

0:00 0:02:42 0:00
Amerika dolları Birləşmiş Ştatlarda olduğu kimi dünyada da geniş istifadə olunur. Ona görə də olduqca vacibdir ki, onun etibarlılığı və unikallığı qorunsun. Bu vəzifə 150 ildən artıqdır ki, Amerika əskinaslarını çap edən hökumət agentliyinin üzərinə düşür. Amerikanın Səsi dolların necə hazırlandığını görmək üçün Vaşinqtondakı agentliyə üz tutub.

Birləşmiş Ştatlar milyonlarla dolları hər gün həm Vaşinqton şəhərində, həm də Texasda yerləşən obyektlərdə çap edir. Bunlar dünyanın pul çap edən ən böyük müəssisələridir. Çap bürosu Abraham Linkolnun prezidentliyi dövründə 1862-ci ildə, Vətəndaş Müharibəsi zamanı yaradılıb.

Büronun direktoru Larri Feliks Birləşmiş Ştatlarda əskinasların çapından danışır. “Bu kağızın üzərində sadə mürəkkəbə bənzəyir. Lakin bu əskinasların çap sistemi xeyli mürəkkəbdir.

Çağın ilk mərhələsində arxa rəng tətbiq olunur. Bundan sonra kağız əvvəlcədən çəkilmiş qravürlərin üzərinə sıxılır. Bu, “İntalio” texnikasıdır ki, kağıza xüsusi keyfiyyət verir. “Birləşmiş Ştatlar başqa ölkələrlə müqayisədə “intalio”dan daha çox istifadə edirik, Pulun həm qarşı, həm də arxa hissəsinə yerləşdiririk.” - deyə, Larri Feliks bildirir.

Belə olan halda əlavə sıra nömrələri və möhür də olur. “Beləliklə, biz insanlara bu əskinasların qanuni olduğunu anlamalarına yardım edirik. Biz əskinaslarda rəqəmsal texnologiya baxım təhlükəsizliyi təmin etməyə çalışırıq.”

Rozi Rios Birləşmiş Ştatların xəzinədarıdır. O, Birləşmiş Ştatlar valyutasının başqa valyutalarla müqayisədə bir çox üstünlüklərinin olduğunu deyir. O, pul istehsalı ilə məğul olan hər iki təşkilata, “Çap və Qraviasiya Bürosu” və qəpik istehsal edən ABŞ Sikkə orqanına birbaşa nəzarət edir.

Rosi Rios saxta pulların dövriyyədə az qalmasına baxmayaraq, Amerika hokumətinin yeni texnologiyadan istifadə edərək, əskinasları yeniləməkdə davam etdiyini deyir. O, buna misal olaraq bu yaxınlarda çapdan çıxan yeni 100 dolları göstərir. “2013-cü ilin oktyabr ayında çıxan 100 dollarlıq əskinazda əsas məqam, buradakı mavi 3D təhlükəsizlik lentidir.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG