Accessibility links

ABŞ rəsmiləri nadir dinozavrın skeletinin Monqolustana qaytarılmasi prosesinə başlayıb




ABŞ rəsmiləri Nyu-Yorkda rəsm qalereyalarının birinin anbarında olduqca nadir dinozavr skeletini aşkar edib. Nyu-York məhkəməsi skeletin Monqulustandan qeyri-qanuni yolla ABŞ-a gətirilməsi ilə bağlı məsələsinə baxır. ABŞ rəsmiəri tarixdən əvvəlki dövrə aid olan nəhəng dinozavrın vətəni Monqolustana qaytarılması məsələsi müzakirə edir.

Hündürlüyü 2,43 metr olan tirannozavr (tyrannosaurus) keçən ay Nyu-Yorkda hərracda 1 milyondan artıq qiymətə satıldıqdan sonra rəsm qalereyasının anbarında saxlanılıb.

Dinozavrın skeleti ABŞ-a 2010-u ildə Britaniyadan gətirilib, lakin Nyu-York şəhər məhkəməsinə təqdim edilmiş sənədlərdə onun Floridaya qeyri-qanuni sənədlər əsasında gətirildiyi deyilir.

Nyu-York məhkəməsinin prokuroru dinozavrın skeletinin müsadirə edilməsi və Monqolustana qaytarılmasını tələb edib.

Tirannozavrlar təxminən 70 milyon il bundan əvvəl Qobi səhrasında yaşayıb. Dünyada hazırda tirannozavra aid təqribən 15 skeletin mövcud olduğu məlumdur.

Monqolustanda 1924-cü ildə qəbul edilmiş qanuna əsasən, ölkədə tapılmış qədim heyvanların qalıqları dövlət əmlakı hesab edilir və onların ölkədən çıxarılması qadağan edilir.
XS
SM
MD
LG