Accessibility links

Amerikanın müsəlman gəncləri [Video]


Amerikanın gənc müsəlmanları
please wait

No media source currently available

0:00 0:03:16 0:00
Pyu Araşdırmalar Mərkəzinin 2011-ci il üçün hazırladığı hesabatda deyilir ki, Birləşmiş Ştatlardakı müsəlmanların 59 faizi 18-lə 39 yaşlar arasındadır. Belə bir böyük rəqəm Amerika müsəlmanları üçün qiymətli imkanlar deməkdir.

Boston marafonu zamanı iki gənc müsəlmanın törətdiyi bomba hücumları amerikalı müsəlmanlara xatırlatdı ki, onların uşaqlarından terror və zorakılıq məqsədləri üçün istifadə edilə bilər. Təhlilçilər icma liderlərinin uşaqları zorakılıqdan uzaq tutmaq yolunda addımlar atmalı olduqlarını deyirlər.

Vaşinqton şəhəri yaxınlığındakı Dər Əl-Hicra İslam Mərkəzinin imamı Cöhəri özünün və digər icma başçılarının zorakılıqlara qarşı mesajlar yaydıqlarını deyir.
“Mən gənc nəslə afro-amerikalıların irsi haqda danışıram. Qaradərililəri azad edən onların zorakılıqları yox, sosial dəyişiklik oldu. Ağlar, qaradərililər, siyasi və dini liderlər bir araya gələrək dedilər ki, mövcud sistem Konstitutsiyaya və Allahın iradəsinə ziddir.”

Brukinqs İnstututundan Piter Skerri “Müsəlman gənclərin assimilyasiyası” başlıqlı məqalənin müəllifidir. O, Amerikanın Səsi ilə Skype vasitəsilə danışıb.
“Amerikanın müsəlman liderləri müsəlman yeniyetmələr və ümumiyyətlə amerikalı müsəlmanlarla təmasa girmək yolunda o qədər də fəal deyillər. Onlar müxtəlif yollarla bu məsələdən uzaq durmağa çalışırlar.”

Lakin imam Cöhəri deyir ki, gəncləri zorakılıqlardan uzaq tutmaq üçün bütov icma birgə fəaliyyət göstərməlidir. “Müsəlman xərçəngi və ya İslam zorakılığı deyilən şey yoxdur. Bunlar öz şəxsi emosional problemlərində üzüb-batan adamlardır. Biz əlimizdən gələni edirik, amma kifayət qədər edə bilmirik. Bu problemi birgə həll etməyin yolunu tapmalıyıq.”

Təhlilçilər deyirlər ki, ən əvvəl valideynlər uşaqlarına nəzarət etməlidirlər. Onların hər-hansı radikal qruplarla əlaqədə olub-olmadıqlarını, və ya onların İnternetdə hansı məsələlərlə maraqlandıqlarını bilməlidirlər.

Məsud Xanın 4 uşağı var və o, ailəsi üçün təhlükənin nədən ibarət olduğunu anlayır. “Mənim həyat yoldaşım belə məsələlərdə çox ciddidir və o, uşaqların nə ilə məşğul olduqlarını bilir. Mənim üşaqlarımın dördü də, iki qızım və iki oğlum kompüterdən istifadə edir, və biz onlara nəzarət edirik.”

Məsud Xan valideynlərin uşaqları ilə təmasda olmalı olduqlarını, uşaqların isə din və sosial fəaliyyət arasında balans saxlamalı olduqlarını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG