Accessibility links

Amerika müsəlmanlarının çox az hissəsi ekstremizmə dəstək verir

  • Amerikanın səsi

Amerika müsəlmanlarının çox az hissəsi ekstremizmə dəstək verir

Amerika müsəlmanlarının çox az hissəsi ekstremizmə dəstək verir

Nyu-York və Vaşinqtonda 2001-ci ildə terror hücumlarından 10 il sonra amerikalıların çoxu Birləşmiş Ştatlarda yaşayan müsəlmanlar arasında müharibə əhval-ruhiyyəsinin arta biləcəyindən ehtiyat edirdi. Amerikada yaşayan müsəlmanlar haqda yeni rəy sorğusuna əsasən, hücumlardan 10 il sonra onlar arasında ekstremizmə dəstək olduqza azdır.

Sorğunu 11 sentyabr hadisələrinin 10-cü ildönümünün tamam olmasından əvvəl Pyu araşdırma mərkəzi açıqlayıb.

Sorğuda min amerikalı müsəlman iştirak edib. Onların yalnız bir faizi islamı düşmənlərdən müdafiə etmək üçün intiharçı bomba hücumları və mülki vətəndaşlara qarşı zorakılıqların başqa formalarına bəraət qazandırıb.

Pyu araşdırma mərkəzində mütəxəssis Qreqori Smit deyib ki, sorğu Birləşmiş Ştatlarda müsəlmanlar arasında ekstremizmə çox az dəstək olduğunu göstərir. “Sorğuda iştirak edənlərin əksəriyyəti deyir ki, intihar bomba hücumlarına heç cür bəraət qazandırmaq olmaz. Onlar əl-Qaidəyə yaxşı münasibət bəsləmədiklərini bildiriblər. Biz Birləşmiş Ştatlarda yaşayan müsəlmanların öz həyatlarından razı olduğunu aşkar etdik. Onlar öz icmalarından razı olduqlarını bildirdilər. Müsəlmanlar ölkədə vəziyyətdən razı olduqlarını deyiblər.”

Qreqori Smit deyir ki, intiharçı bomba hücumlarına heç zaman bəraət qazandırmaqlarını deyən sorğu iştirakçılarının 81 faizi Yaxın Şərqdə əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə olduğundan iki dəfə artıqdır.

Sorğuda iştirak edən Amerika müsəlmanlarının üçdə ikisi həmçinin bildirib ki, onlar fələstinlilərin hüquqlarının təmin olunması üçün İsrail dövlətinin mövcudluğunun bir yolu olduğuna inanır.

Pyu araşdırma mərkəzinin sorğusu müsəlmanların öz icmalarından razı olduğunu aşkar edib. Qreqori Smit deyir ki, həyat tərzinə görə, yəni, yenidən emal, idman və sosial şəbəkələr kimi məsələlərə münasibətə əsasən, müsəlmanlar Amerika cəmiyyətinin digər üzvlərindən fərqlənmir. “Bütün bunlar bir də onu göstərir ki, biz Birləşmiş Ştatlarda yaşayan müsəlmanların qarşılaşdığı ciddi problemlərin mövcud olduğunu nəzərdən qaçırmamalıyıq.”

Mütəxəssislər qeyd edir ki, sorğu iştirakçılarının çoxu 2001-ci ildən sonra ölkədə müsəlman kimi yaşamağın daha çətin olduğunu bildirib.

Onların çoxu hesab edir ki, Birləşmiş Ştatlarda müsəlman liderlər islam ekstremizmi əleyhinə kifayət qədər çıxış etmir.

XS
SM
MD
LG