Accessibility links

ABŞ Ordusunun Mühəndis Korpusu Dakota Access neft kəmərinin tikintisinə razılıq verir


ABŞ-ın Ordusunun Mühəndis Korpusu bildirib ki, əlavə ekoloji yoxlama aparılması barədə verdiyi vəddən geri çəkilərək, mübahisəli Dakota Access neft kəməri layihəsinin yekunlaşdırılmasına razılıq verəcək.

Neft kəməri Amerika hindularının Standing Rock Sioux adlı yerli qəbiləyə aid rezervasiyanın yaxınlığından keçir.

Yerli qəbilə üzvləri və onların tərəfdarları layihənin əleyhinə nümayişlər keçirib. Onlar bildirir ki, neft kəməri müqəddəs qəbiristanlığa yaxın məsafədən keçir və su ehtiyatlarının çirklənməsinə səbəb ola bilər.

Sabiq prezident Barak Obama dekabrda layihənin ləğvinə dair göstəriş verib. Lakin yeni prezident Donald Tramp kəmərin inşasının başa çatdırılması haqda sərəncam verib.

Sioux qəbiləsi hələ ki, Ordu Korpusunun bəyanatına reaksiya bildirməyib.

Təbii Sərvətlərin Mühafizəsi Şurasının prezidenti Rea Suh qərarı kəskin tənqid edib və Tramp administrasiyasını yerli qəbilə üzvlərinin hüquqlarını pozmaqda, eləcə də onların qanuni narahatlıqlarını ünvanlamamaqda təqsirləndirib.

XS
SM
MD
LG