Accessibility links

Amerikanın birinci xanımlarının inaqurasiya libasları [Video]


Birinci xanımların inaqurasiya zamanı geydiyi libaslar
please wait

No media source currently available

0:00 0:02:20 0:00
1960-cı illərdə Birləşmiş Ştatların birinci xanımı Jaklin Kennedi moda ikonası sayılırdı. Xanım Kennedi yüksək zövqlu geyimləri ilə məşhur idisə, Birləşmiş Ştatların hazırkı birinci xanımı Mişel Obama orta sinfə mənsub amerikalı qadını tərənnüm edir.

Bu yaxınlarda 50 yaşı tamam olan birinci xanım Mişel Obama siyasi fəallığı və uşaqlarda piylənmənın qarşısını almaq təşəbbüsləri ilə yanaşı özünün yüksək geyim zövqü ilə də tanınır.

Smitsonian Milli Amerika Tarixi Muzeyinin kuratoru Liza Kətlin Qraddi: “Mənim fikrimcə Mişel Obama müasir dəbli amerikalı qadının obrazıdır. Birinci xanım kimi o, bizi və ölkəmizi təmsil edir. O, bizim kimliyimizi nümayiş etdirir.”

Demək, onun geyimi də Amerika xalqına məxsusdur. Mişel Obamanın həyat yoldaşının 2013-cü ildə prezidentliyə ikinci dönəm inaqurasiyasına geyindiyi paltar Smitsonian muzeyinə göndəriləcək.

Onun ilk inaqurasiyaya geyindiyi libas Smitsonian müzeyinin 100 illiyi münasibətilə “Birinci Xanımların İnaqurasiya Paltarları” sərgisində nümayiş etdirilmişdi. “İnsanlar paltarlarla çox maraqlanır və onlar haqda çox şey bilmək istəyir. Biz də düşündük ki, həmin libasları burada bir il nümayiş etdirsək insanlara xoş gələr və bu yeni ənənənin başlanğıcı olar.” - deyə, lisa bildirir.

Bu, məşhur dizarner Cimmi Çunun qırmızı ayaqqabılarına uyğun gələn qırmızı paltar Nyu-Yok dizayneri Ceyson Vuya aiddir.

Muzeyə gələn tamaşaçıların reaksiyasından görünür ki. birinci xanımın geyindikləri bütün yaşlarda insanlara xoş gəlir.

Xanım Obamanın ilk inaqurasiya libası 2015-ci ildə yenidən muzeyə gətiriləcək. Qırmızı paltar isə nümayiş etdirilmək üçün Prezident Kitabxanasına aparılacaq.
Xanım Obamanın isə dəbdəbəli paltarlarını nümayiş etdirmək üçün qarşıda hələ üç ili də var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG