Accessibility links

Respublikaçılar ABŞ ordusunu İŞİD-ə qarşı aktiv əməliyyatlara başlamağa çağırır [Video]


İslam Dövləti militantları havadan zərbələr aldıqdan və müvəqqəti uğursuzluqdan sonra, son günlər xeyli nailiyyət əldə ediblər. Radikal qrup İraqın Ramadı şəhərini ələ keçirdikdən bir neçə gün sonra Suriyanın tarixi Palmira şəhərini zəbt edib. Obama administrasiyasının bu strategiyanı rədd etməsinə baxmayaraq, Konqresin Respublikaçı qanunvericiləri Birləşmiş Ştatlar ordusunu İslam Dövlətinə qarşı aktiv əməliyyatlara başlamağa çağırır.

İslamçı militanrların yayımladığı videoda onların UNESKO-nun Mədəni İrs Nümunələri siyahısında olan Palmira yaxınlığında olduğu göstərilir. Bu xəbər militantların qədim abidələri dağıdacağı barədə yeni qorxulara yol açıb.

UNESKO-nun baş direktoru İrina Bokova: “Mən tərəfləri öz hərbi strategiyalarını bir daha nəzərdən keçirməyə, Palmiranı qorumağa çağırıram.”

Birləşmiş Ştatlar Senatının Respublikaçıları cümə axşamı quru qüvvələr də daxil edilməklə, militantlara qarşı Birləşmiş Ştatlar ordusunun müdaxiləsinə çağırdı.

“Biz torpaqları İŞİD-in əlindən geri almaq və Suriya daxilindəki xəlifəti məhv etmək üçün ərəblərdən ibarət ordu yaratmalıyıq” deyə, Respublikaçı senator Lindsi Qraham bildirir.

Yaxud radikal qrupa qarşı mübarizə aparan küdlərin Peşmərgə ordusunu silahla təmin edilə bilər. Respublikaçı senator Ted Kruz: “Onlar bizim oradakı hərbçilərimiz funksiyasını yerinə yetirir. Problem ondadır ki, İŞİD İraqda ələ keçirdiyi Amerika silahları ilə döyüşür. Aydındır ki, kürdlərin silahları daha zəifdir və Obama administrasiyasının kürdlərin silahla təmin edilməsini rədd etməsi məntiqə sığmır.”

Obama administrasiyası Birləşmiş Ştatlar ordusunun bu bahalı və uzun sürəcək müharibəyə cəlb edilməsinin Amerikanın maraqlarına zidd olduğunu deyir. Hətta ABŞ-ın Suriyada mövcudluğunun tərəfdarı olanlar belə bununla razıdır.

Birləşmiş Ştatlar yerli qüvvələrə İslam Dövlətinə qarşı mübarizədə keçirilən hava hücumları ilə yardım edir. Amerika eləcə də, Suriyanın müxalifət ordusuna hərbi təlimlərlə yardım edir. Rəsmilər deyirlər ki, nailiyyət əldə etmək üçün zamantələb olunur.

XS
SM
MD
LG