Accessibility links

Portland şəhərində polis aksiya iştirakçılarına xəbərdarlıq edib


بدخشان دا وخت ۶۸۹ ښوونځي لري چې ۳۲۵۸۰۵ شاګردان په کې په زده کړو بوخت دي چې ۴۹ فیصده یې نجونې دي او د ټولو ښوونکو شمیر ۱۰۵۴۰ ته رسیږي.
بدخشان دا وخت ۶۸۹ ښوونځي لري چې ۳۲۵۸۰۵ شاګردان په کې په زده کړو بوخت دي چې ۴۹ فیصده یې نجونې دي او د ټولو ښوونکو شمیر ۱۰۵۴۰ ته رسیږي.

Polis ABŞ-ın şimal-qərbində yerləşən Oreqon ştatının Portland şəhərində “Uoll Striti işğal et” adı altında aksiya keçirən yüzlərlə nümayişçiyə mərkəzi parkı tərk etməyi əmr edib. Əks halda, polis nümayişçilərin ərazidən zorla çıxarıla biləcəyini bildirib.

Hadisə yerindən çəkilmiş video görüntülər dəyənəklərlə silahlanmış polisin hazır vəziyyətə gətirildiyini nümayiş etdirir. Bununla belə, şəhər rəsmiləri zorakı qarşıdurmaya yol verilməyəcəyinə ümid bəslədiyini idafə ediblər.

Nümayişçilər gecə saat 3-ə qədər onlara verilmiş son möhlətdən sonra da ərazini tərk etməyiblər. Onlar üçün yeni vaxtın qoyulduğu da elan edilməyib.

Portlandakı aksiyalar korporasiyalar və iqtisadi qeyri-bərabərlik əleyhinə Nyu-Yorkda başlayıb sonradan ABŞ-ın hər yerinə yayılmış etiraz nümayişlərinin bir hissəsidir.

XS
SM
MD
LG