Accessibility links

BP dənizin dibində quyudan neft sızmasının qarşısını tamamilə ala biləcəyinə inanır


Şirkət dənizin dibində sızan nefti toplaya biləcək nəhəng kanistr yerləşdirməyi planlaşdırır

BP şirkəti Meksika körfəzində bir neçə gündür davam edən neft sızmasını bütünlüklə dayandıra biləcəyinə ümid etdiyini bildirir.

Şirkətin bildirdiyinə görə, dənizin dibində quyudan kiçik sızmanın qarşısı müvəffəqiyyətlə alınsa da, bunun başqa iki yerdə eneftin axmasına təsiri yoxdur. Zərər dəymiş quyudan gündə yüz min litrlərlə neft sızır.

ABŞ-ın Sahil Mühafizə qvardiyasının baş zabiti Brandon Blekvel Amerikanın səsinə deyib ki, sızmanın dayandırıldığı yer əsl quyudan daha uzaqdadır.Onun sözlərinə görə, BP böyük sızmanın dayandırılması üçün 98 tonluq nəhəng konteyner yerləşdirməyi nəzərdə tutur .

Bu konteyner sızan nefti toplayacaq və onu boru vasitəsilə barjalara yığmaq üçün suyun üzərinə çıxaracaq.

XS
SM
MD
LG