Accessibility links

Prezident Obama Meksika körfəzinə səfər edib


Prezident Obama Meksika körfəzinə səfər edib
Prezident Obama Meksika körfəzinə səfər edib

ABŞ prezidenti suyun altındakı quyudan neft sızmasının vurduğu zərər və yaratdığı təhlükənin miqyası ilə tanış olacaq

ABŞ prezidenti Barak Obama suyun altındakı quyudan neft sızmasının vurduğu zərər və yaratdığı təhlükənin miqyasını qiymətləndirmək üçün bu gün Birləşmiş Ştatların Körfəz regionuna səfər edir.

Rəsmilər son günlər neft sızmasının həcminin üç dəfə artmasına görə bunun ətraf mühit üçün təhlükəyə çevrilə biləcəyinə görə narahatdır.

ABŞ-ın Sahil Mühafizəsi idarəsi bildirir ki, Meksika körfəzində hündür dalğalar neftin yayılmasının qarşısını almaq səylərinə mane olmuş, güclü külək isə suyun üzərindəki nefti sahil tərəfə aparmışdır.

Aprelin 20-də neft quyunsunda partlayış nəticəsində 11 nəfər həlak olmuş, gündə təminən 800 000 litrə qədər xam neft dənizin dibindən sızmağa başlamışdır.

Sahil Mühafizəsi bildirir ki, dənizin dərinliyinə görə quyudan nə qədər neftin sızdığını müəyyən etmək demək olar ki mümkün deyil.

Şənbə günü suyun üzərində neft Luizina sahilinə çatmışdır.

XS
SM
MD
LG