Accessibility links

BP: Körfəzdə neft axınına görə bir neçə şirkət məsuliyyət daşıyır

  • Amerikanın səsi

BP-nin özünün hazırladığı hesabatda göstərilir ki, qəzaya bir sıra texniki problemlər, ayrı-ayrı şəxslərin mühakimələri və texnoloji dizayn səbəb olmuşdur

Britaniyanın neft nəhəngi BP bildirir ki, Meksika körfəzində neft axınının yaratdığı təbii fəlakətə görə bir neçə şirkət və işçilərdən ibarət qruplar məsuliyyət daşıyır. BP-nin özünün hazırladığı hesabatda göstərilir ki, qəzaya səbəb bir sıra texniki problemlər, ayrı-ayrı şəxslərin mühakimələri və texnoloji dizayn olmuşdur. Hesabatda qeyd edilir ki, neft quyusunun qapağının pis sementlənməsi kəmər vasitəsilə qaz və başqa mayelərin axmasına gətirib çıxarmışdır. Transocean neft quyusunun komandası 40 dəqiqə ərzində hidrokarbon qazının səthə qalxdığı haqda məlumat verməmişdir. Səthə qalxan qaz və neft birbaşa neft quyusuna yönəlmiş və orada partlayış yaratmışdır. Quyuda partlayış və yanğından sonra dənizin dibində partlayış hallarında qoruyucu cihaz işə düşməmiş və böyük həcmdə neftin axmasına səbəb olmuşdur.

XS
SM
MD
LG