Accessibility links

Pakistan ABŞ diplomatlarının ölkədə səfərlərinə məhdudiyyətlər qoyur

  • Amerikanın səsi

Pakistan ABŞ diplomatlarının ölkədə səfərlərinə məhdudiyyətlər qoyur

Pakistan ABŞ diplomatlarının ölkədə səfərlərinə məhdudiyyətlər qoyur

Pakistan ölkədə yaşayan ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyub. Diplomatik mənbələr bildirir ki, ABŞ-ın İslamabaddakı səfirliyi keçən ay Xarici İşlər nazirliyindən diplomatların paytaxtdan kənarda hərəkət etməsinə qoyulan yeni məhdiyyətlərlə bağlı məktub alıb. Məktubun surətini almış Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, sənəddə ABŞ diplomatlarının şəhəri tərk etməzdən beş gün əvvəl xüsusi icazə almalı olduğu göstərilir. Pakistan mətbuatı ABŞ diplomatlarının rəsmi icacə olmadığı üçün bu ayın əvvəli Peşəvərdən geri qaytarıldığı haqda məlumat verib. Hər iki ölkənin hökuməti Pakistan mətbuatında məhdudiyyətlərlə bağlı bu gün verilmiş məlumatlardan sonra narazılıqları açıq şəkildə bildirməməyə çalışıb. ABŞ səfirliyinin sözçüsü Alberto Rodriqez deyib ki, Birləşmiş Ştatlar məsələni həll etmək üçün yerli rəsmilərlə iş aparır.

XS
SM
MD
LG