Accessibility links

ABŞ Pakistana əlavə 500 milyon dollar yardım ayırır

  • Amerikanın səsi

ABŞ-ın Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk

ABŞ-ın Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk

Birləşmiş Ştatlar avqust ayında baş vermiş təbii fəlakətdən sonra Pakistana 500 milyon dollar məbləğində əlavə yardım ayırır. ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk deyib ki, Birləşmiş Ştatların bu əlavə yardımı fəlakət nəticəsində zərər çəkmiş milyonlarla pakistanlıya kömək etmək üçün tez bir zamanda çatdırılacaq. Bu məbləğ ABŞ-ın Pakistanda sellərdən sonra bərpa işləri üçün ayırdığı 500 milyon dollara əlavə olaraq verilir. Əlavə yardım Birləşmiş Ştatların Pakistana bu il ayırdığı 7,5 milyard yardım paketindən götürülüb. 20 milyon pakistanlı fəlakətli sellərin təsirinə məruz qalıb. Riçard Holbruk yardımın şəffaf şəkildə sərf edilməsinin əhəmiyyətini vurğulayıb.

XS
SM
MD
LG