Accessibility links

Ağ Ev qarşısında etiraz aksiyası keçirilib

  • Amerikanın səsi

Ağ Ev qarşısında etiraz aksiyası keçirilib

Ağ Ev qarşısında etiraz aksiyası keçirilib

Neft kəməri planına qarşı çıxan nümayişçilər bazar günü Ag Ev qarşısında etiraz akasiya keçirib. Nümayişçilər Ağ Evi ətrafında dövrəyə vuraraq neft kəməri layihəsinin ətraf mühitə ziyan vuracağını bildiriblər.

Bir neçə min nümayişçi biri birinin əlindən tutaraq prezidentin iqamətgahını hər iki tərəfdən dövrəyə alıb. Onlar həmin vaxt Ağ Evdə olmayan prezident Barak Obamanı Kanadadan Texasa neft daşıyan kəmərin planını təsdiqləməməyə çağırıb.

Ağ Evin təhlükəsizlik xidməti Amerikanın Səsinə nümayişin dinc keçdiyini və həbs hallarının olmadığını bildirib.

Dövlət Departamenti hazırda neft kəməri ilə bağlı təklifi nəzərdən keçirir. Lakin cənab Obama planla bağlı yekun qərarı onun özünün verəcəyinə işarə edib.

XS
SM
MD
LG