Accessibility links

ABŞ və Polşa əsgərləri birgə təlim keçirir [Video - Təhlil]



Krım və Ukraynanın cənub bölgəsində baş verənlərə görə regionda gərginlikləri azaltmaq məqsədilə ABŞ Polşa və Baltika ölkələrinə 600 nəfərə qədər əsgəri qüvvə göndərib. Amerikanın desant qüvvələri Polşanın elitar hərbçiləri ilə birlikdə tərk edilmiş binaya hücum çəkir.

Polşanın İraq və Əfqanıstanda 2500 əsgəri var idi. Burada olanların döyüş təcrübəsi amerikalılarınkından geri qalmır. Captain Marcin Vilga: “Bizim standart qaydalarımız demək olar ki, eynidir. Buna görə də biz vəzifələrimizi necə yerinə yetirməyi, əməkdaşlıq etməyi, komandirlərin tapşırıqlarını necə yerinə yetirməyi bilirik.”

Bina və ətrafın təhlükəsizliyi təmin edildikdən sonra snyaperlər meşəyə tərəf baxırlar.

Qonşu Ukraynada baş verənlərin Polşanı narahat etdiyi bir vaxt burada keçirilən təlimlərin videoya çəkilməsi üçün media da dəvət edilib.

Svidvin bu zonanın ən böyük şəhəridir. Buranın sakit təbiəti Rusiyann məramlarından dərin narahatlıqları gizlədir. Yuxarı sinif şagirdi Polina Kielbovska Polşanın ömrü boyu gördüyü kimi post-kommunist demokratiyasını saxlamasını istəyir. “Mən qorxuram, lakin mən ümid edirəm ki, hər şey qaydasında olacaq.”

Burada uzun yaddaşa malik insanlar da var. Məsələn, Stanislav Retroviç Rusiyanın müharibə istədiyinə inanmasa da, Amerika ordusunun burada olmasından məmnundur. “Biz hər şeyin qaydasında olduğuna əmin olana qədər onlar burada qala bilərlər.”

Polşalıların çoxu inanır ki, onlar İraq və Əfqanıstan müharibəsində vuruşmaqla Amerika ordusunun buradakı mövcudluğuna haqq ediblər.
Polşa NATO-dan iki briqada yaxud 5 min əsgər istəyib. Vaşinqtondakı Brukinqs institutundan Maykl O`Hanlon hər-hansı əlavə qüvvənin böhranı kəskinləşdirmək demək olmadığını deyir. “Mənim fikrimcə bu ölkələrə yerləşdirilən qüvvələr miqdar və silah baxımından məhdud olmalıdır.”

"Amerika perspektivindən deyə bilərəm ki, manevrlər çox yaxşı keçdi. Siz peşəkar təşkilatsız və biz sizinlə işləməkdən həzz alırırq.” deyə, ABŞ zabiti polşalı həmkarlarına minnətdarlığını bildirir.

Polşalıların çoxu inanır ki, onlar İraq və Əfqanıstan müharibəsində vuruşmaqla Amerika ordusunun buradakı mövcudluğuna haqq ediblər.
XS
SM
MD
LG