Accessibility links

ABŞ polisi Şarlotda etirazlara səbəb olan hadisənin videolarını yayıb [Video]


Şənbəgünü ABŞ-ın Şimali Koreya ştatının Şarlot şəhər polisinin yaydığı videolar polislə Keit Lamont Skot arasında silahlı qarşıdurmanın yaşandığını göstərir. Həfətinin əvvəlində qaradərili Skotun ölümü şəhərdə etirazlara yol açıb.

Polisin maşınında və bədənində yerləşdirilmiş videoların nümayişçilərin tələbi əsasında ictimaiyyətə açıqlanıb.

Videolardan birində görünür ki, Skot öz avtomobilindən çıxaraq sol tərəfə dönür və təxminən 3 saniyə orada dayanandan sonra polis ona atəş açır və o, yerə yıxılır.

İkinci video isə Skotu yalnız yərdə uzanıqlı şəkildə göstərir. Bu videonun ilk 23 saniyalik hissəsindəki səsi açıqlanmayıb.

Videoların yayılmasından sonra nümayişlərin 5-ci günü əsasən dinc etirazlarla müşayiət olunub.

Başlıca sual ondan ibarətdir ki, polis ona maşını tərk etmək göstərişi verən zaman onun əlində odlu silah olub-olmamasıdır. Ancaq yayılan videoların heç birində bu suala cavab tapmaq mümkün olmayıb. Ancaq ilk videoda Skot maşını tərk edərək asta-asta geriyə gedərkən polis zabitlərinin ona silah olduqlarını düşündükləri şübhəli əşyanın yerə qoymaq göstərişi verdiklərini eşitmək olur.

XS
SM
MD
LG