Accessibility links

Ağ Ev ABŞ prezidentinin yeni təyinatlarla bağlı qərarını müdafiə edir


Bu gün televiziyada verdiyi müsahibə zamanı Ağ Evin müşaviri Deyvid Akselrod deyib ki, administrasiyanın federal hökumətdə yüksək vəzifələri tutmaq üçün 77 nominasiyası bir neçə aydır onun sözlərilə respublikaçıların yaratdığı çətinliklər üzündən təsdiq edilə bilmir

Ağ Ev prezident Barak Obamanın 15 nəfəri administrasiyada Senatın təsdiqi olmadan yüksək vəzifələrə təyin etmək qərarını müdafiə edib.

Bu gün televiziyada verdiyi müsahibə zamanı Ağ Evin müşaviri Deyvid Akselrod deyib ki, administrasiyanın federal hökumətdə yüksək vəzifələri tutmaq üçün 77 nominasiyası bir neçə aydır onun sözlərilə respublikaçıların yaratdığı çətinliklər üzündən təsdiq edilə bilmir. O deyib ki, prezident federal agentliklərdə mühüm vəzifələrin yerinə yetirlməsi üçün Senatın tətildə olduğu vaxt 15 təyinat etmək haqda qərara gəlib.

Həm respublikaçı, həm demokrat prezidentlər Senatın təsdiqi olmadan yüz dəfələrlə belə təyinatlar ediblər. Müxalifət partiyaları bu taktikanı prezidentin səlahiyyətlərindən sui-istifadə etməsi adlandıraraq bunu vaxtaşırı tənqid edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG