Accessibility links

Respublikaçılar Ağ Ev uğrunda mübarizəyə başlayıb (YENİLƏNİB)

  • Amerikanın səsi

Respublikaçılar Ağ Ev uğrunda mübarizəyə başlayıb (YENİLƏNİB)

Respublikaçılar Ağ Ev uğrunda mübarizəyə başlayıb (YENİLƏNİB)

Respublikaçılar partiyası ABŞ prezidenti Barak Obama ilə 2012-ci il seçkilərdə rəqabət aparmaq üçün intensiv kampaniya aparır. Şənbə günü Texas ştatının qubernatoru Rik Perri öz namizədliyini irəli sürüb, eyni gün Ayova ştatında isə seçicilərin kimə üstün verdiyini müəyyən etmək üçün ilkin sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, Minnesota ştatından konqresin qadın üzvü Mişel Bakman az fərqlə irəlidədir. İkinci yerdə Texas ştatından konqresmen Ron Pol gəlir. Üçüncü yerə çıxan Minnesota ştatının keçmiş qubernatoru Tim Polenti isə prezidentlik uğrunda yarışlardan çıxdığını elan edib. O, müxbirlərə deyib ki, seçkidə namizdə olmaq üçün Ayovada sorğuda yaxşı nəticə əldə etməli idi. “Çay ziyafəti hərəkatı”-nın fəal üzvü, mühafizəkar Bakman Respublikaçıları namizədlər arasında ən yüksək şansı olan siyasətçilərdən biri hesab edilir. O, vergilərin azaldılması və federal hökumətin kiçildilməsi platformasından çıxış edir.

XS
SM
MD
LG