Accessibility links

Respublikaçı namizədlər Ayovada ilkin seçkiyə hazırlaşır

  • Amerikanın səsi

Respublikaçı namizədlər Ayovada ilkin seçkiyə hazırlaşır

Respublikaçı namizədlər Ayovada ilkin seçkiyə hazırlaşır

ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizədliklərini irəli sürmüş siyasətçilər Ayova ştatında cərşənbə axşamı keçiriləcək ilk seçki sınağından əvvəl kampaniyalarına son qoyur.

Ayovada ilkin seçkilər respublbikaçılar, ya da demokratların prezidentliyə nominasiyalarını çox vaxt müəyyənləşdirməsə də, seçki marafonunun bu ilk sınağı sonradan başqa ştatlarda müvəffəqiyyətli kampaniya üçün yaxşı əsas yarada bilər.

Ayova kokusu habelə daha zəif rəqiblərin seçki marafonundan çıxması ilə nəticələnir. İlkin seçkidən əvvəl keçirilmiş rəy sorğularına əsasən, Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni demokrat prezident Barak Obamanın yerinə seçilmək uğrunda rəqabət aparan digər respublikaçı namizədlər arasında irəli olduğunu göstərir. Lakin Romninin opponentləri onun Respublikaçılar partiyasından prezidentliyə namizəd irəli sürülməsi üçün kifayət qədər mühafizəkar olmadığını bildirir.

Namizədlərdən biri, keçmiş konqresmen Nyüt Ginqriç deyib ki, rəy sorğuları Ayova seçicilərinin mötədil deyil, daha çox mühafizəkar namizədə meylli olduğunu göstərir.

Ayova kokusundan bir neçə gün əvvəl keçirilmiş sorğuya əsasən, Texas konqresmeni Ron Pol Mit Romnidən sonra ikinci yerdədir. Sorğu həmçinin Pensilvaniya ştatından keçmiş ştatından keçmiş senator Rik Santorumun kampaniyasının gedişində inkişafın müşahidə edildiyini göstərir.

Ayova kokusda iştirak edəcək digər respublikaçı namizədlər Nyüt Ginqric, Texas ştatının quberntoru Rik Perri və Minnesota ştatından qadın qanunverici Mişel Baxmandır.

Ayova ştatının ən böyük Des Moines Register qəzetinin keçirdiyi sorğu göstərir ki, seçicilərin 41 faizi hələ kimə səs verəcəklərini müəyyən etməyib.

XS
SM
MD
LG