Accessibility links

Respublikaçılar Florida ştatında ilkin seçkilərdə səs verir

  • Amerikanın səsi

Florida ştatının qubernatoru Rik Skott Floridada Respublikaçıların praymerisində səs verir

Florida ştatının qubernatoru Rik Skott Floridada Respublikaçıların praymerisində səs verir

Respublikaçı seçicilər partiyadan prezidentliyə nominasiyanın irəli sürülməsində mühüm rol oyanacaq Floridada ştatında ilkin seçkilərdə səs verir.

Praymeri günündən öncə Floridanın 600 min sakini artıq erkən seçkidə səs verib.

Son rəy sorğuları Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romninin onun əsas rəqibi olan Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Ginqriçdən 14 faiz səslə irəlidə olduğunu göstərir.

Florida praymerisində daha iki namizəd keçmiş ABŞ senatoru Rik Santorum və Texas ştatından konqresmen Ron Poldur. Onlar Romni və Ginqriçdən xeyli geridədir.

Namizədlər Respublikaçılar partiyasının avqust ayında qurultayına Florida ştatından 50 nümayəndə uğrunda mübarizə aparır. Nümayəndələr noybar ayında prezident seçkisində demokrat Barak Obama ilə rəqabət aparacaq vahid namizədə səs verir.

Həm Romni, həm Ginqriç ştatda gərgin kampaniya aparıb. Mitt Romni Floridada televiziya reklamlarına 14 milyon dollar vəsait xərcləyib.

XS
SM
MD
LG