Accessibility links

Prezident Obama Ohayo ştatında yürüşdə iştirak edəcək


Prezident Obama Ohayo ştatında yürüşdə iştirak edəcək
Prezident Obama Ohayo ştatında yürüşdə iştirak edəcək

ABŞ prezidenti Barak Obama hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq birinci xanım Mişel Obama ilə siyasi kampaniya aparır. Cənab Obama Konqresə olduqca mühüm seçkilərə iki həftə qalmış tərəfdarlarla yürüşə qatılmaq üçün ABŞ-ın Ohayo ştatına səfər edir. Konqres seçkiləri Demokrat partiyasının ABŞ Senatı və Nümayəndələr Palatasına nəzarəti əlində saxlaya bilib-bilməyəcəyini müəyyən edəcək. Son rəy sorğuları göstərir ki, Respublikaçılar partiyası Nümayəndələr Palatasına nəzarəti ələ alıb, Senatda da yerlər qazana bilər. Federal Seçki Komissiyasına əsasən, respublikaçılar seçki kampaniyası zamanı demokrat rəqiblərindən daha çox maliyyə toplaya bilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG