Accessibility links

Respublikaçılar və demokratlar Konqres seçkilərinə bir həftə qalmış aktiv kampaniya aparır


Respublikaçılar və demokratlar Konqres seçkilərinə bir həftə qalmış aktiv kampaniya aparır
Respublikaçılar və demokratlar Konqres seçkilərinə bir həftə qalmış aktiv kampaniya aparır

ABŞ-da gələn həftə seçkilərdən öncə rəy sorğuları göstərir ki, Respublikaçılar partiyası Konrqes seçkilərində böyük irəliləyiş əldə edə bilər. Gallup rəy sorğusuna əsasən, respublikaçılar Nümayəndələr Palatasında nəzarəti hazırda Konqresin hər iki palatasında əksəriyyət təşkil edən demokratların əlindən almaq üçün güclü mövqedədir. Respublikaçılara Senatda əksəriyyət əldə etmək üçün 10 yer qazanmaq lazımdır. Lakin təhlilçilərin böyük hissəsi onların bu yerlərin hamısını ala bilməcəyini düşünür. Hər iki partiyanın tərəfdarlarını səsverməyə ruhlandırmaq üçün apardığı kampaniya nəticəsində seçici fəallığının son günlər artdığı müşahidə olunur. ABŞ prezidenti Barak Obama dünən Rod Ayland ştatında, birinci xanım Mişel Obama isə Nümayəndələr Palatasının spikeri Nensi Pelozi ilə San Fransisko şəhərində kampaniya aparıb. Nümayəndələr Palatasında 435 yerdən hamısına, Senatda isə 100 yerdən 37-nə namizədlər seçilir. Konqreslə yanaşı, ABŞ-ın 37 ştatında həm də qubernator seçkiləri keçiriləcək.

XS
SM
MD
LG