Accessibility links

Dünya liderləri ABŞ prezidenti Barak Obamaya təbriklərini çatdırır


Onlar ABŞ prezidenti ilə birgə işin davam etdiriləcəyinə ümidlərini ifadə edib


Dünya ölkələrinin liderləri Respublikaçıların namizədi Mİtt Romni üzərində qələbə çalaraq, ikinci müddətə seçilən ABŞ prezidenti Barak Obamaya təbriklərini çatdırır.

BMT-nin Baş katibi Ban Ki Mun cənab Obamaya hərarətli təbriklərini göndərərək, Birləşmiş Ştatlar və Birləşmiş Millətlər Təşkilatı arasında möhkəm tərəfdaşlıq ruhunda birgə işin davam etdirilməsini ümidlə gözlədiyini bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, ABŞ və İsrail arasında strateji alyans indi həmişəkindən daha güclüdür və o, prezident Obama ilə işləməyə davam edəcək. Cənab Netanyahu prezidentin rəqibi olan cənab Romninin uzun zamandır dostudur.

Rusiya prezidenti Vladimir Putin Kremlin sözçüsünün bildirdiyinə görə cənab Obamaya təbrik teleqramında ABŞ-dan gələn xəbərləri olduqca müsbət qarşıladığını bəyan edib.

Britaniyanın Baş naziri Deyvid Kameron cənab Obamaya təbrikini tvitter vasitəsilə bildirib. İordaniyada səfərdə olan baş nazir Kamerun Suriyada baş verən hadisələrin ABŞ və Britaniyanın böhranı həll etmək üçün daha çox iş görməli olduğunu göstərir.

Cənab Obamanın atasının vətəni olan Keniyada ölkə başçıları prezidentin yenidən seçilməsini böyük sevinclə qarşılayıblar. Prezident Mvayi Kibaki cənab Obamanın yenidən seçilməsini Amerika xalqının öz liderinə etibarının təsdiqi olduğunu deyib.

Cənab Obamanın ata tərəfdən nənəsi Keniyanın Koqelo kəndində yaşayır. O, müxbirlərə deyib ki, nəvəsi başqa insanları sevmək qabiliyyəti olduğuna görə yenidən prezident seçilib. Kənd sakinləri Amerika seçkilərinin nəticələrini böyük sevinc hissi ilə qarşılayıblar.
XS
SM
MD
LG