Accessibility links

Barak Obama və Mitt Romni həlledici ştatlarında gərgin seçki kampaniyası aparır


Prezident Obama Florida, Mit Romni isə Virciniyada seçicilərlə görüşür

ABŞ prezidenti seçkidə həlledici ştatlardan biri olan Floridada seçicilərə ölkənin problemlərinin həllinin mümkün olduğunu deyib və iqtisadi dirçəlişə nail olmaq üçün iki gün əvvəl Demokrat partiyasının qurultayında çıxışı zamanı açıqladığı başlıca vəzifələri bir daha təkrar edib.

ABŞ prezidenti deyib ki, o, ixracatın artırılması, yeni iş yerlərinin yaradılması, xarici neftdən asılılığın azalması, təhsil imkanlarının genişləndirilməsi və orta sinfə zərər vurmadan büdcə defisitinin kəsilməsi kimi bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Cənab Obama toplaşanlara müraciət edərək deyib ki, Birləşmiş Ştatların tənəzzülə doğru gedən bir ölkə olduğunu deyənlər böyük yanlışlığa yol verirlər.

Prezident Obamanın respublikaçı rəqibi Mitt Romni isə seçki kampaniyasını daha bir mühüm stat olan Virciniyada davam etdirir. O, seçicilərlə görüşdə prezident Obamanın yeni iş yerlərinin yaradılması haqda vədinə əməl etmədiyini və onun yürütdüyü siyasətin işə yaramadığını deyib.
Florida və Virciniya seçkinin nəticələrinə təsir göstərə biləcək ştatlardır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG