Accessibility links

Obama və Romni ilk debata hazırlaşır


Prezidentliyə namizədlərin seçki kampaniyasında xarici siyasət gündəmdə əsas mövzulardan biri olaraq qalır

ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romninin kampaniyasının nümayəndələri bazar günü müsahibələr zamanı xarici siyasət mövzusunda kəskin çıxışlar ediblər.

Keçmiş qubernator Romninin vitse-prezident vəzifəsinə namizədi Pol Rayan Fox tele-şirkətinə müsahibə zamanı deyib ki, ABŞ-ın Liviyada Benqazi şəhərində konsulluğuna hücum Obama administrasiyasının uğursuz xarici siyasətinin göstəricisidir. Viskonsin ştatını təmsil edən konqresmen prezident Obamanın xarici siyasəti nəticəsində amerikalıların təhlükəsizliyinin daha az müdafiə olunmasına gətirib çıxardığını deyib.

Ağ Evin baş müşavidi Deyvid Plouffe bu tənqidlərə ABC tele-şirkətinə müsahibəsi zamanı cavab verərək, prezident Obamanın 2008-ci ildə verdiyi vədlərini yerinə yetirdiyini deyib. O, İraq müharibəsinin başa çatması, Əl-Qaidə qarşı mübarizənin diqqət mərkəzində olması və qrupun lideri Usama Bin Ladenin qətlə yetirilməsini qeyd edib.

Cənab Obama və cənab Romni çərşənbə günü prezidentliyə namizədlər arasında keçiriləcək üç debatdan birincisində qarşılaşacaq. Kolorado ştatının Denver şəhərində keçiriləcək debatda iqtisadiyyat, səhiyyə xidmətləri və hökumətin rolu kimi məsələlər diqqət mərkəzində olacaq.

Prezidentliyə namizədlər debartlardan öncə hazırlıqlar aparır. Televiziya vasitəsilə birbaşa yayımlanacaq debatı 50 milyondan artıq insanın izləyəcəyi gözlənilir.
XS
SM
MD
LG