Accessibility links

Amerika prezidentlərinin Ağ Evdən sonrakı həyatı


Dünyaya baxış - 25-27 yanvar 2013
please wait

No media source currently available

0:00 0:04:30 0:00
ABŞ-ın keçmiş prezidenti Corc Buş 2009-cu ildə Ağ Evi tərk edəndən sonra diqqət mərkəzindən itmişdi. Lakin o, keçən il başqa könüllülərlə birlikdə Zambiyada xərçəng xəstəliyinin müalicəsi ilə məşğul olan xəstəxananın bərpasında iştirak etmişdir. Amerikanın başqa prezidentləri kimi cənab Buş öz adı və populyarlığından istifadə edərək, diqqəti mühüm məsələlərə cəlb etməyə çalışır və deyir ki, özünə diqqət çəkmək istəmir: “Mən xəbərlərdə olmağı sevmirəm. Xidmət göstərməyin ən yaxşı yolu sakitcə öz işini görməkdir.”

Keçmiş prezidentlərin ictimaiyyətin diqqətini özlərinə cəlb etmək imkanları çox genişdir. Prezident Obama cənab Buş və keçmiş prezident Bill Klintonu 2010-cu ildə Haitidə zələzələdən sonra bərpa səylərinə yardım fonduna rəhbərlik etmək üçün bir araya gətirmişdir.

Prezident Barak Obama:”Amerika xalqı adından sizə xidmətə qayıtdığınıza və belə bir təcili missiyaya rəhbərlik etdiyinizə görə təşəkkür edirəm.”

ABŞ prezidentləri tarixçisi Riçard Norton Smit bir zaman ölkə liderlərinin sonradan özlərinə aydın fəaliyyət yolu seçməsində çətinlik çəkə bildiyini qeyd edir:”Prezident olan şəxs keçmiş prezidentin rolunun məhdud olduğunu yaxşı bilir.”

Cənab Klinton və keçmiş prezident Corc Herbert Buş 2004-cü ildə fəlakətli sunamidən sonra İndoneziyanı ziyarət etmiş və 2005-ci ildə Katrina qasırğasından sonra maliyyə yardımı kampaniyası aparmışlar.

Cənab Klinton prezidentliyi dövründən indiyə qədər diqqət mərkəzində qalmağa davam edir. O, Şimali Koreyanın Amerika məhbuslarını azad etməsi səylərinə qoşulub, 2008-ci ildə həyat yoldaşı Hillari Klintonun prezidentlik uğrunda kampaniyasında iştirak edib və Klinton Qlobal Təşəbbüs fondunu yaradıb.

Keçmiş prezident Bill Klinton:”Klinton Qlobal Təşəbbüs fondu qlobal çətinlikləri hissə-hissə həll etmək üçün yaradılıb.”

Prezident Lindon Conson kitabxanasının direktoru Mark Updeqrov deyir ki, cənab Buş yaşlandıqca yüksək vəzifə tutmaq deyil, şəxsi layihələrlə məşğul olmağa üstünlük verir:”Bunu müəyyən mənada prezidentlikdən sonrakı passiv dövr adlandırmaq olar.Təbii ki, onun prezidentliyindən sonrakı ən mühüm dövr Birləşmiş Ştatlar prezidentinin atası olduğu vaxtlara aiddir.”

Tarixçilər prezidentlikdən sonrakı həyatın indi daha maraqlı olduğunu deyirlər. 1958-ci ilə qədər eks-prezidentlər yalnız təqaüd alırdı, ofis üçün ayrı yer, əlavə işçilər və təzminatdan söhbət belə getmirdi. Tarixçi Smit deyir ki, müasir texnologiyalar prezidentlərlə ictimaiyyət arasında əlaqələrin yaradılmasına kömək edir: ”Prezidentlərin fəaliyyətinin 24 saat xəbərlərdə işıqlandırdığı bir dövrdə onlar sanki bizim həyatımızdadır. Evdə ailə üzvlərimizi istisna etməklə ən çox prezidenti görürük.”

Prezident Lindon Conson Kitabxanasının direktoru Mark Updeqrov keçmiş prezidentlərin müxtəlif məsələlərlə məşğul olduğunu deyir:”Eks-prezidentlərin fəaliyyəti onların xasiyyətini prezident olduğu vaxtla müqayisədə daha çox əks etdirir.”

Keçmiş prezident Cimmi Karterin işi daha çox insan hüquqları və demokratiyanın inkişafı məsələləri ilə bağlıdır. O deyir ki, onun maraqları 1981-ci ildə prezidentlik dövrü bitdikdən sonra dəyəişməyib:”Məncə, həyat yoldaşım bununla razılaşar ki, Ağ Evdən sonrakı həyatımız daha maraqlı, daha məhsuldar və macəralar, gözlənilməz hadisələr və sevinclə dolu olub.”

Keçmiş prezidentlər üçün təqaüd tamamilə başqa məna daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG