Accessibility links

Amerikada yoxsulluq həddində yaşayan insanların sayı artır


Amerikada yoxsulluq həddində yaşayan insanların sayı artır
Amerikada yoxsulluq həddində yaşayan insanların sayı artır

ABŞ-da son siyahıya almaya əsasən, 2010-cu ildə daha 2.6 milyon insan ölkədə yoxsullar sırasına daxil oldu. Ümumilikdə ölkədə oxsulluq səviyyəsində yaşayan insanların sayı 46 milyon təşkil edir. Bu, son 50 ildə ən yüksək rəqəmdir.

İqtisadi tənəzzül dövrü amerikalıların çoxunun qazancı daha aşağıdır, insanların işsiz qaldığı müddət də daha uzundur. Vaşinqtonda Evsizlər Koalisiyası adlanan təşkilat az imkanlı insanlara kömək edir. Onun sədri Maykl Farrel üçün hər altı amerikalıdan birinin yoxsulluq səviyyəsindən aşağı səviyyədə yaşaması təəccüblü deyil.

“Yaxın gələcəkdə iqtisadiyyatda əsaslı dəyişiklik olmasa, vəziyyət bundan daha pis ola bilər”-deyə o bildirir.

Bu yaxınlarda 9 işçisini büdcə problemlərinə görə ixtisar etməli olan təşkilat üçün bu, ağır mübarizədir. Lakin buna baxmayaraq, təşkilat birdən-birə küçədə yaşamalı olan yüzlərlə insana kömkə etməyə davam edir.

Tamara Qolden 6 illik ailə həyatı baş tutmayandan sonra özü və üç uşağına güzəran qazanmağa məcbur olub.

“Ağırdır. Özünə inamı itir. Şəxsiyyət kimi dağılırsan. Bəzi mədəniyyətlərdə valideyn uşağına “yoxumdur, ya da bu axşam yeməyə heç nə yoxdur” kimi sözlər deməsi mümkün deyil”-deyə o bildirir.

Koalisiya keçid proqramı sosial yardım təşkilatında çalışan Sofiya Sibert deyir ki, Tamara Qoldenin vəziyyətini tipik hal adlandırmaq olar. “O bura gələndə evsiz idi. O bilmirdi hara getsin və onun üçün bura gəlmişdi”-deyə o bildirir.

Təşkilat Tamara Qoldeni müvəqqəti evə yerləşdirdi, onu tibbi yardımla təmin etdi və ona təhsildə dəstək verdi. Lakin Sofiya Sibertin sözlərinə görə bundan daha vacib odur ki, təşkilat az imkanlı insanlara ümid verən bir şərait yaradır.

“Hər hansı bir şəxs bir maaşdan o biri maaşa qədər vaxta kimi birdən-birə işsiz qala bilər. Buna görə fikirləşirəm ki, bu, mən özüm ola bilərdim və eyni şəraitdə mən özümlə necə davranılmasını istəyərdim” -deyə o bildirir.

Tamara Qolden üçün bu, günbəgün mübarizədir. Amma vəziyyət tədricən düzəlir və o indi təhsilini davam etdirmək haqda düşünür.

“Mən buradan köçürəm və öz yerinə yerləşməyə hazırlaşıram, yəni işlər tədricən düzəlir” -deyə o bildirir.

Maykl Ferrel bir gün onun təşkilatına ehtiyac olmayacağı günü gözləyir.

Ekspertlərin fikrincə, işsizlik ABŞ-da yoxsulluğun əsas səbəblərindən biridir. Ölkədə1,4 milyon insan işsizdir. Lakin iş axtarmaqdan yorulmuş və daha çox saat işləmək istəyən insanlar nəzərə alınsa, işsiz amerikalıların sayı təxminən 25 milyona çatır.

XS
SM
MD
LG