Accessibility links

ABŞ dünyada mətbuat azadlığının monitorinqini gücləndirəcək


ABŞ dünyada mətbuat azadlığının monitorinqini gücləndirəcək
ABŞ dünyada mətbuat azadlığının monitorinqini gücləndirəcək

Prezident Barak Obama dünyada mətbuat azadlığının monitorinqində ABŞ-ın rolunun artırılmasına dair qanun imzalayıb

Prezident Barak Obama dünyada mətbuat azadlığının monitorinqində ABŞ-ın rolunun artırılmasına dair qanun imzalayıb.

Cənab Obama bildirib ki, qanun ABŞ-ın başqa ölkələrdə mətbuat azadlığının vəziyyətinə xüsusi diqqət verdiyini göstərən “güclü mesaj” göndərir.

Qanun Vol Strit Jurnal qəzetinin müxbiri, 2002-ci ildə Pakistanda başı kəsilən Daniel Pörlın adını daşıyır. Cənab Obama bildirib ki, Pörlın ölümü dünyada bəzi insanların jurnalistləri susdurmaq üçün hər şeyə qadir olduqlarını bir daha təsdiq edir.

Prezident Obama bildirib ki, Daniel Perl Mətbuat Azadlığı qanunvericilik aktı Dövlət Departamentindən digər ölkələrdə mətbuat azadlığı barədə statistik məlumatların insan hüquqlarına dair hesabatına salınmasını tələb edir.

O bildirib ki, Dövlət Departamenti jurnalistlərin represiyaya məruz qalmasına qarşı mübarizə aparmaq üçün belə tədbirlərə əl atan ölkələrin siyahısını hazırlayacaq.

XS
SM
MD
LG