Accessibility links

ABŞ prezidentliyinə namizədlər beş ştatda praymerilərə son hazırlıqlar görür. Respublikaçı namizəd Donald Tramp keçirdiyi toplantılarda baş vermiş zorakılıqlara görə təqsirləndirilir.

Bir neçə toplantıda Tramp tərəfdarları ilə onun namizədliyinin əleyhinə olanlar arasında qarşıdurma olub.

Lakin Tramp kampaniyasının zorakılığa təhrik etdiyini inkar edir.

Texas senatoru Ted Kruz Trampı yendəni tənqid atəşinə tutub.

“Biz qəzəbliyik. Mən bilirəm ki, Donald Trampa səs verənlər Vaşınqtona qəzəblidir. Onlar bizi aldadan siyasətçilərə qəzəblidir. Mən də qəzəbliyəm. Amma Donald Vaşınqtondakı korrupsiyada 40 ildir iştirak edib”- deyə o bildirib.

Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton Trampı nifrət və qorxu yaymaqda təqsirləndirib. Onun rəqibi Berni Sanders isə Trampın kampaniyasının tonunu yuşaldacığına və tərəfdarlarına zorakılığın qəbuledilməz olduğunu deyəcəyinə ümid etdiyini deyib.

Florida, Ohayo, İllinoys, Missuri və Şimali Karolina ştatlarında praymerilər xüsusilTrampın qarşısını almağa çalışan rəqiblər üçün önəm daşıyır.

XS
SM
MD
LG