Accessibility links

“Mən irqçi deyiləm…İrqçiyəmmi?” - Amerikada irqçilik [Video]


“Mən irqçi deyiləm…İrqçiyəmmi?” - Amerikada irqçilik
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Son zamanlar baş verən atışmalar və etirazlar Birləşmiş Ştatlarda köhnə yaraların açılmasına, irqlərarası ayrıseçkiliyin yenidən gündəmə gəlməsinə səbəb olub. Yeni çəkilmiş sənədli filmdə gənclərin belə həssas məsələlərə münasibətindən danışılır.

“Mən irqçi deyiləm…İrqçiyəmmi?” filmində Nyu-York şəhərinin 12 məktəblisinin 9 aydan çox bir müddətdə iştirak etdikləri müzakirələrdən, mürəkkəb dialoqlardan danışılır. Bu film kinoteatrlarda deyil, müstəsna şəkildə gənclərə və onların valideynlərinə nümayiş etdirilir.

Filmin rejissoru Katrin Vigginton Qrin bu filmin xüsusilə valideynlərın diqqətini cəlb etdiyini deyir. “Onlar uşaqlarının rəqs etməyə və ya müxtəlif irqlərdən olan dostları ilə görüşməyə getdiyini bilir və onların arasında münasibətlərin normal olduğunu düşünür. Lakin bu fuilmə baxdıqdan sonra bunun belə olmadığı aydın olur.”

Bu film Vaşinqton şəhərində müxtəlif mədəniyyətlərdən olan şagirdlərin oxuduğu Vudrou Vilson məktəbində bir neçə dəfə nümayiş ertdirilib.

Məktəbin müdiri Kimberli Martin bunun tələbələr üçün vacib olduğunu deyir. “Mən buraya ilk gəldiyimdə inana bilmədim ki, burada yalnız qaradərililərdən, latın amerikalılardan və ya ağdərililərdən ibarət siniflər var.”

Ceyms Sorokin adlı şagird deyir ki, irqi siniflər yaradılması iqrçilik demək deyil. “Sözün düzü adətən ağdərili uşaqlar ağdərililərlər, qaradərililər isə qaradərililərlə dostluq edir.”

Bu film Amilar Hadson adlı şagirdi özünü irqçi kimi qələmə verməklə irqi problemlərə diqqət çəkməyə inandırıb. Lakin o, hələ də irqlilikdən danışmağın asan olmadığını qəbul edir. “Ən qorxulu hal budur ki, bu ölkədə irqçilik problemi var, lakin bu haqda heç kəs danışmır. Bu isə o deməkdir ki, biz bununla razılaşır və buna göz yumuruq.”

Vilson məktəbində müxtəlif irqlərdən olan şagirdləri qarşılıqlı müzakirələrə təşviq etmək üçün “Common Ground” - "Ortaq zəmin" adlı qrup yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG