Accessibility links

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın anadan olmasının 100 ili tamam olur


ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan və birinci xanım Nensi Reyqan inaqurasiya günü
ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan və birinci xanım Nensi Reyqan inaqurasiya günü

Bu gün ABŞ-ın keçmiş prezidenti Ronal Reyqanın anadan olmasının 100 illiyi qeyd edilir. Birləşmiş Ştatların hər yerində Amerika tarixində ən popluyar prezidentlərdən biri olmuş Ronald Reyqanın xatirəsini anmaq üçün müxtəlif tədbirlər keçirilir. Cənab Reyqanın həyat yoldaşı Nensi Reyqan bu gün onun Kalitforniyada Simi vadisində yerləşən qəbrinin önünə əklil qoyacaq. Prezident Reyqanın adını daşıyan USS Ronald Reagan təyyarə daşıyan gəmidən göyə qalxan hərbi təyyarədə səmada dövrə vuracaq. Bu gün Texasda Amerika futbolu üzrə Super kubok üzrə matçdan öncə Ronald Reyqan haqda qısa film nümayiş etdiriləcək. Onun anadan olmasının 100 illiyi münasibətilə bir sürən tədbirlər nəzərdə tutulub. Prezident Reyqan 2004-cü ildə 10 il Alzhaymers xəstəliyindən əziyyət çəkəndən sonra 93 yaşında dünyasını dəyişmişdir.

XS
SM
MD
LG