Accessibility links

Amerikanın mühacirətlə bağlı siyasəti [Video ]


Amerikanın mühacirətlə bağlı siyasəti
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Mübahisəli prezident seçkiləri, terror hücumları və qlobal qaçqın böhranı fonunda Amerikanın mühacirətlə bağlı siyasəti keçən il siyasi futbol oyununa çevrildi.

Qərbi Avropaya olduğu kimi, sığınacaq istəyən qaşqınlar üçün Birləşmiş Ştatların sahil bölgələrinə gəlmək çətin məsələdir. Amerikaya sığınacaq üçün müraciət edənlər təhlükəsizliklə bağlı çox sayda prosedurdan keçir və bütün bu yoxlamalar iki ildən çox vaxt alır. Dövlət Departamentinin “Qaçqınlar və Miqrantlar” bürosundan Mark Storella: “Demək istədiyim odur ki, Birləşmiş Ştatlara gələnlər arasında ən çox yoxlananları qaçqınlardır.”

Lakin amerikalıların çoxu bunu eşitmək istəməzdi. “Mən eşitdim ki, biz 200 min suriyalı qəbul etməliyik. Onlar İŞİD üzvləri ola bilər. Bilmirəm” deyə, Respublikaçı, prezidentliyə namizəd Donald Tramp bildirir.

Bu söhbətlər amerikalıları narahat edir, lakin qaçqın vəkili Lavinia Laymon belə söhbətlərin əsassız olduğunu deyir. O, Birləşmiş Ştatlarda qaçqın qəbulu üzrə ən böyük agentliyə rəhbərlik edir. “11 sentyabr hücumlarını həyata keçirənlər qaçqın deyildilər. Son bir neçə ildə Amerikada və ya Parisdə baş verənləri qaçqınlar törətməyib.”

Lakin terror hücumlarından qorxan amerikalıların çoxu Suriya və ya başqa ölkələrdən olan qaçqınlar məsələsinə ehtiyatla yanaşır.

Keçən il Donald Tramp Suriyadan qaçqın qəbuluna qarşı olan bəzi Respublikaçı namizəd, Konqres üzvləri və onlarla qubernatora qoşuldu.

Prezident Obama isə bu çağırışı rədd edərək, onsuz da Birləşmiş Ştatların kifayət qədər qaçqın qəbul etmədiyini dedi və administrasiyasına bu il qəbul ediləcək qaçqınların sayının 850 minə qaldırılmasına göstəriş verdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG