Accessibility links

Çikaqo hava limanında 18 insan kəlləsi olan yük saxlanıb


ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinın Ohare aeroportunda 18 insan kəlləsi olan yük saxlanıb.

Yerli tibbi ekspertiza şöbəsinin bildirdiyinə görə, Romadan göndərilən insan kəllələrinin qablaşdırıldığı bağlamaların üzərində insan nümunələri etiketləri yapışdırılıb və qutuların tibbi araşdırmalar məqsədi ilə göndərildiyi haqda məlumat verilib.

The Chicago Tribune qəzeti tibbi ekspertiza şöbəsinin sözçüsünə istinadən yazır ki, rəsmilər içərisində kəllələr olan yük haqda sənəddə son dayanacağın göstərilmədiyi üçün onu saxlayıb.

Birləşmiş Ştatların gömrük idarəsinin rəsmiləri kəllələrin bazar ertəsi aşkar edildiyini və istintaq aparılan müddət tibbi ekspertizaya göndərildiyini bildiriblər.
XS
SM
MD
LG