Accessibility links

Şahzadə Vilyam və onun xanımı Keyt Kalofirniyada səfərdədir

  • Amerikanın səsi

Şahzadə Vilyam və onun xanımı Keyt Kalofirniyada səfərdədir

Şahzadə Vilyam və onun xanımı Keyt Kalofirniyada səfərdədir

Kembric hersoqu və hersoqinya, daha çox isə Vilyam və Keyt kimi tanınan Britaniya kral ailəsinin üzvləri 9 gün Kanadada olduqdan sonra Kaliforniyaya səfər edirlər. Yeni evlənən şahzadə Vilyam və onun xanımı Keyt cümə günü 3 günlük səfərlə Los-Anceles şəhərinə gəlib. Onları hava limanında ştatın quberntoru Cerri Braun da daxil olmaqla rəsmi şəxslər qarşılayıb. Bu gün onlar Santa Barbara şəhərində polo oyununa tamaşa edəcək. Onlar habelə Britaniya kino sənətçilərinin şərəfinə tədbirdə, habelə Britaniyada ABŞ investisiyalarının artırılmasına dəstək qazanmaq və xeyriyyəçilik məqsədilə bir sıra başqa tədbirlərdə iştirak edərək. Bu, Keytin Birləşmiş Ştatlara ilk səfəridir.

XS
SM
MD
LG