Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri telefon danışıqları və elektron məktublarının izlənildiyinə inanır


ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol elektron poçt və telefon danışıqlarının monitorinq edildiyini deyərək, jurnalistlərin daim onun görüş keçirdikləri yerlərdə olduğunu qeyd edib.

Səfir Mayk Twitter hesabında yazıb ki, o, jurnalistlərin hər yerə getmək hüququna hörmət edir. Lakin səfir eyni zamanda belə bir sual verib:”Onların mənim elektron məktublarımı oxumağa və telefon danışıqlarıma qulaq asmağa hüququ varmı?”

Tvitterdə yerləşdirdiyi şərhlərin birində səfir Makfol onun görüşlərinin cədvəlini Rusiyanın NTV kanalına kimin verdiyini bilmək istədiyini deyərək, müxbirin o hara gedirsə, orada olduğunu bildirir.

Vaşinqtonda Dövlət Departamentinin sözçüsünün mavini Mark Toner səfirin açıqlamalarının Rusiya hökuməti, jurnalistlər, ya da mediaya yönəlmədiyini deyib. Tonerin sözlərinə görə, xarici ölkələrdə diplomatik missiyaların başçıları Tvitter vasitəsilə öz fikirlərini icitmiayyə çatdırmağa çalışır.

Səfir Maykl Makfol Rusiya demokratiyanın inkişafına uzun zaman dəstək vermişdir. İki ay bundan əvvəl Moskvada vəzifəsinin icrasına başlayan səfir anti-Amerika əhval-ruhiyyəsi ilə qarşılamışdır.

XS
SM
MD
LG