Accessibility links

ABŞ Avropa və Asiyada kriminal qruplara qarşı sanksiyalar tətbiq edib

  • Amerikanın səsi

ABŞ Avropa və Asiyada kriminal qruplara qarşı sanksiyalar tətbiq edib

ABŞ Avropa və Asiyada kriminal qruplara qarşı sanksiyalar tətbiq edib

Birləşmiş Ştatlar maliyyə sistemini qorumaq məqsədilə beynəlxalq cinayətlərdə əli olduğu iddia edilən bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib.

ABŞ-ın Maliyyə nazirliyi keçmiş Sovet İttifaqı ölkələrində silah, narkotik maddələr və qiymətli metal alveri ilə məşğul olan, habelə maliyyə fırıldaqlarına cəlb olunmuş Qardaşlar Dairəsi adlı şəbəkəyə qarşı sanksiyaların tətbiq edildiyini bildirib.

ABŞ qrupun Avropa, Afrika, Latın Amerikası və Yaxın Şərqdə əməliyyatlar həyata keçirdiyini bildirir. Bu gün açıqlanan bəyanatda deyilir ki, qrup bir sıra cinayətkar şəbəkənin fəaəliyyətlərinin əlaqələndirilməsi, mübahisələrin həlli və qlobal səviyyədə cinayətlərin həyata keçirilməsinə rəhbərlik edir.

Sanksiyalar Dairə ilə əlaqəsi olan bir sıra sindikatın yeddi üzvünə qarşı tətbiq edilb. Onların bir neçəsinin Dubayda əməliyyatlar həyata keçirdiyi bildirilir.

Sanksiyalara əsasən, həmin şəxslərin bank hesabları dondurulur və ABŞ vətəndaşlarına onlarla hər hansı transaksiyanın həyata keçirilməsinə qadağa qoyulur.

XS
SM
MD
LG