Accessibility links

Dmitri Medvedev ABŞ-ın raketlərdən müdafiə sistemi ilə bağlı xəbərdarlıq edib (YENİLƏNİB)


Dmitri Medvedev ABŞ-ın raketlərdən müdafiə sistemi ilə bağlı xəbərdarlıq edib (YENİLƏNİB)
Dmitri Medvedev ABŞ-ın raketlərdən müdafiə sistemi ilə bağlı xəbərdarlıq edib (YENİLƏNİB)

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, ABŞ Avropada raketlərdən müdafiə planları ilə bağlı Rusiyanın narahatlıqlarını nəzərə almasa, Rusiya öz raketlərini Amerikanın şərqi Avropada obyektlərinə yönəldəcək.

Bu gün televiziya ilə yayımlanan çıxışında cənab Medvedev deyib ki, Birləşmiş Ştatlarla raketlərdən müdafiə qalxanının yaradılması ilə bağlı razılıq əldə edilməsə, Rusiya ölkənin cənub və qərb bölgələrində uzun mənzilli raketlər yerləşdirəcək.

Rusiya prezidenti həmçinin deyib ki, iki ölkə arasında razılıq əldə edilməsə, Moskva Vaşinqtonla yeni START müqaviləsi və silahlara nəzarətə dair başqa müqavilələrdən çıxmaq məsələsini nəzərdən keçirəcək. O həmçinin Kalininqrad şəhərində raket hücumundan xəbərdarlıq sisteminin yaradılması haqda göstəriş verdiyini deyib.

Ağ Ev Rusiya prezidentinin bəyanatına cavab verərək, ABŞ-ın raketlərdən müdafiə qalxanının yaradılması planlarından geri çəkilməyəcəyini bildirib.

Birləşmiş Ştatlar NATO-nu və digər müttəfiqləri İran və Şimali Koreyanın mümkün hücumlarından müdafiə etmək məqsədilə raket əleyhinə sistemin yaradılmasına çalışır. ABŞ sistemin müdafiə xarakteri daşıdığını və Rusiyaya qarşı yönəlmədiyinə israr edir.

Rusiya isə belə bir sistemin Avropada strateji silahlar balansının pozulmasına gətirib çıxa biləcəyini bildirir.

XS
SM
MD
LG