Accessibility links

Barak Obama və Dmitri Medvedev nüvə silahlarının azaldılmasına dair müqaviləyə imza atıblar


ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedevin imza atdığı nüvə silahlarının azaldılmasına dair müqavilə hər iki ölkənin nüvə arsenallarının 30 faizə qədər ixtisar edilməsini nəzərdə tutur

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev hər iki ölkənin nüvə arsenallarının 30 faizə qədər ixtisar edilməsini nəzərdə tutan nüvə silahlarının azaldılmasına dair müqaviləyə imza atıblar.

Bu gün Çex Respublikasında imzalanmış müqaviləyə əsasən hər iki ölkə 1500 ədəd strateji nüvə silahı saxlayacaq.

Dövlət başçıları Praqada imzalama mərasimi zamanı müqaviləyə yüksək qiymət veriblər. Cənab Obama bunu nüvə təhlükəsizliyi və nüvə silahlarının yayılmaması istiqamətində mühüm bir addım adlandırıb. Cənab Medvedev müqaviləni yüksək qiymətləndirərək deyib ki, tərəflər iki ay bundan əvvəl qeyri-mümkün görünən bir işi baş çatdırıb. Bununla yanaşı Rusiya lideri imzalama mərasimini ikitərəfli əməkdaşlıqda yeni səhifənin açılmasına gətirib çıxaracaq tarixi hadisə adlandırıb.

Prezidentlər həmçinin İran uran zənginləşdirilməsi proqramına son qoymasa və nüvə proqramı ilə bağlı danışıqlara başlamaqdan imtina etsə, islam respublikasına qarşı yeni sanksiyaları nəzərdən keçiricəklərinə söz veriblər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG