Accessibility links

Dövlət katibi Klinton Senatı Rusiya ilə silahların ixtisarına dair müqaviləni təsdiq etməyə çağırır

  • Amerikanın səsi

Dövlət katibi Hillari Klinton və Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Con Kerri

Dövlət katibi Hillari Klinton və Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Con Kerri

ABŞ Dövlət katibi Hillari Klinton və Senatın Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli nümayəndələri respublikaçıların etirazlarına baxmayaraq, Senatı Rusiya ilə nüvə silahlarının ixtisarına dair yeni müqaviləni təsdiq etməyə çağırır. Klinton bu gün Konqresdə müxbirlərə deyib ki, yeni START müqaviləsi Rusiyanın strateji nüvə silahları arsenalı ilə tanışlıq imkanı verdiyi üçün ABŞ-ın milli təhlükəsizlik maraqlarının qorunmasına xidmət edəcək. Dövlət katibi Klinton bunları komitənin sədri senator Con Kerri və komitənin nüfuzlu üzvü Riçard Luqarla birgə olduğu zaman deyib. Lakin məsələ ilə bağlı danışıqlarda respublikiçı vasitəçi Con Kayl bildirir ki, məsələ olduqca mürəkkəbdir və Konqres indi başqa müxtəlif məsələlərlə məşğuldur.

XS
SM
MD
LG