Accessibility links

ABŞ və Rusiya strateji silahların ixtisarına dair yeni START müqaviləsini həyata keçirməyə başlayır

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hİllari Klinton və Rusiya Xarici İşlər naziri Sergey Lavrov Münhen konfransında, 5 fevral 20110

ABŞ Dövlət katibi Hİllari Klinton və Rusiya Xarici İşlər naziri Sergey Lavrov Münhen konfransında, 5 fevral 20110

ABŞ və Rusiya iki ölkənin malik olduğu strateji nüvə başlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutan strateji silahların ixtisarına dair yeni START müqaviləsini həyata keçirməyə başlayır. Bu gün Münhendə təhlükəsizliyə dair konfransda ABŞ dövlət katibi Hillari Klinton və Rusiyanən Xarici İşlər naziri Sergey Lavrov müqavilənin ratifikasına dair sənədlərin mübadiləsini edərək, rəsmi olaraq sazişin icrasına başlayıblar. Klinton müqaviləni hamının marağında olan əməkdaşlığın bariz nümunəsi adlandırmış, Lavrov onun beynəlxaq sabitliyə xidmət edəcəyini demişdir. Yeni müqaviləyə əsasən, hər ölkə 1550 ədəd strateji nüvə başlığını ixtisar edəcək.

XS
SM
MD
LG