Accessibility links

NATO baş katibi ABŞ və Rusiya arasında silahlara nəzarətə dair müqaviləni alqışlayıb


Brüsseldə təhlükəsizliyə dair forumda danışan Rasmussen deyib ki, yeni müqavilə Rusiya və NATO ölkələri arsında daha artıq əməkdaşlığa təkan verə bilər

NATO-nun baş katibi Anders Foq Rasmussen ABŞ və Rusiya arasında silahlara nəzarətə dair müqailəni haqda razılığa gəlməsini alqışlayıb. Bu gün Brüsseldə təhlükəsizliyə dair forumda danışan Rasmussen deyib ki, yeni müqavilə Rusiya və NATO ölkələri arsında daha artıq əməkdaşlığa təkan verə bilər. Müqaviləyə əsasən Birləşmiş Ştatlar və Rusiyanın nüvə silahı arsenalı üçdə bir dəfə azaldılaraq, nüvə başlıqlarının sayını 1500-ə çatdıracaq. Müqvilə Birləşmiş Ştatlar Senatı və Rusiya parlamentində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. ABŞ prezidenti Barak Obama yeni müqavilənin son iyirmi il ərzində silahlara nəzarətə dair əhatəli bir sənəd olduğunu deyib. Rusiya prezidenti Dmitri Medvedevin sözçüsü bildirib ki, müqavilə hər iki ölkənin maraqlarını təmsil edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG