Accessibility links

Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında döyüşlərin getdiyi Donetsk regionunun sakinlərinə evdən çıxmamaq barədə xəbərdarlıq edib. Cənab Avakov bu xəbərdarlığı bu gün Slavyansk, Kramatorsk və Krasnıy Liman şəhərinin sakinlərinə edib.

Bugünkü döyüşlər yüzlərlə silahlı separatçının Rusiya ilə sərhəd yaxınlığında hökumətə aid obyektə hücumu və bunun ardınca bir gün sürən toqquşmalar və 7 nəfərin ölümündən sonra gedir.

Artıq iki aydır Luqansk yaxınlığında separatçı yaraqlılarla davam edən şiddətli döyüşlər Birləşmiş Ştatların Rusiyanı Ukraynanın şərqində baş verən zorakılıqlarda roluna görə bir daha tənqid etməsinə gətirib çıxarıb.

ABŞ Dövlət Departamenti Rusiyanı separatçılara silah verməkdə ittiham edərək, Moskvanın sərhəddə baş verənləri dayandırmaq üçün heç bir iş görmədiyini bildirib.
XS
SM
MD
LG