Accessibility links

Rusiya və ABŞ arasında yeni viza rejimi qüvvəyə minir


US-Russia-Flags

US-Russia-Flags

Turist və biznes vizalarının müddəti uzadılıb, rüsumlar isə azaldılıb

Sentyabrın 9-dan ABŞ və Rusiya arasında yeni viza sazişi qüvvəyə minir. Bu, ölkələr arasında səfərləri asanlaşdıraraq və Dövlət Departamentinin verdiyi açıqlamada deyildiyi kimi, "turizm və biznes məqsədilə səfər edən şəxslərə üstünlük verilməklə, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq".

Dövlət Departamentinin məlumatına görə, 2011-ci maliyyə ilində 159 min Rusiya vətəndaşına ABŞ-a gəlmək üçün turist və ya iş vizası verilib. Hər il 75 milyon amerikalı isə Rusiyaya səfər edir və Rusiya sərhədini keçmək üçün onların da viza alması tələb olunur.

Dövlət Departamenti bildirir ki, iki ölkənin vətəndaşları üçün müqavilənin daha bir üstünlüyü vizanın indi daha uzun müddətə verilməsindən ibarətdir. “Bu isə əlaqələrin genişləşdirilməsinə və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə imkan verir"-deyə Dövlət Departamentinin açıqlamasında qeyd edilir.

Yeni saziş haqda razılığın əldə edilməsini ilk dəfə ABŞ Dövlət katibi Hillari Klinton və Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2011-ci ildə elan etmişdir. Rusiya Dövlət Dumasında ratifikasiya edildikdən sonra sənəd 2012-ci ildə iyul ayında prezident Putin tərəfindən imzalanıb.

Müqavilədə ABŞ vətəndaşlarına Rusiya, Rusiya vətəndaşlarına isə Amerika Birləşmiş Ştatlarına giriş hüququ tanıyan vizanın bundan sonra üç il müddətinə verilməsi nəzərdə tutulur.

Diplomatlar və ezamiyyətə gedən şəxslər bir neçə dəfə giriş icazəsi verilən viza alacaq.

Viza üçün tələb olunan sənədlərin sayı da azaldılıb. Rusiya bundan sonra işgüzar və turist vizaları almaq üçün müraciət edən ABŞ vətəndaşlarının dəvətnamə təqdim etməsini tələb etməyəcək. Lakin bununla belə, Rusiyaya səfər etmək istəyən amerikalı turistlər əvvəlki kimi turust bürosu ilə əlaqə saxlamalı və mehmanxanada qalacaqları yerlər razılaşdırmalıdır.

Tərəflər viza prosedurunun 15 gün müddətindən artıq olmamasına dair razılıq əldə edib. Lakin ayrı-ayrı hallarda əlavə sənədlərin təqdim edilməsi məqsədilə bu müddət uzadıla bilər.

Yeni sazişə əsasən, viza rüsumları 100 ABŞ dollarından 20 dollara endirilib.
XS
SM
MD
LG