Accessibility links

Ekspertlər: Moskva Vaşinqtonla münasibətlərdə ardıcıllıq istəyir


Obama Rusiya ilə münasibətləri xarici siyasətdə başlıca prioritet etmişdir

Prezident Obama Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını xarici siyasət sahəsində başlıca prioritet elan edib. Onun hakimiyyətdə olduğu dörd il ərzində Rusiya ilə münasibətlərin yenidən qurulması kursuna start verilib və bunun nəticəsində silahlara nəzarətə dair bir sıra mühüm razılaşmalar əldə edilib, Əfqanıstan və İran kimi məsələlərdə əməkdaşlıq səviyyəsi artıb. Lakin eyni zamanda, Suriyada vəziyyətə dair, habelə Obama administirasiyasının rakatlərdən müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı hələ də ciddi fikir ayrılıqları mövcuddur.

Massaçusets ştatında Mount Holyoke kollecində Rusiya məsələləri üzrə ekspert Stiven Cons Moskvada hökumət dairələrində cənab Obamanın yenidən prezident seçilməsi sanki bir rahatlıq hissi ilə qarşılanıb. “Belə görünür, Obama Rusiya üçün ən yaxşı seçim olub və onlar onunla işləyə biləcəklərini düşünür.Onlar artıq onunla işləməyə alışıblar və artıq tanıdıqları adamla işləmək onlara tanımadıqları başqa bir adamla işləməkdən daha asan görünür”-deyə o bildirir.

Amerikada bir sıra təhlilçilər və o cümlədən Kolumbiya universitetində təhlilçi Robert Leqvold Rusiya prezidenti Vladimir Putinin Rusiyanı Vaşinqtonun bir nömrəli düşməni adlandıran Mitt Romninin prezident seçilməsini istədiyinə inanmadıqlarını deyirlər. “Rusiyada bu məsələlərə başqa cür yanaşan adamlar var və onlar hesab edir ki, ABŞ prezidenti nə qədər sərt xətt götürsə, bu, əslində işə daha çox yaraya bilər, çünki onun ölkə daxilində və bəzən də xarici siyasət sahəsində özünə bəraət qazandırmaq üçün yaratdığı “düşmən obrazı”ndan bu mənada daha geniş istifadə edilə bilər”-deyə bildirir.


Münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti

Leqvold ABŞ-ın Moskva ilə bağlı siyasətinin davam etdirilməsinin əhəmiyyətini vurğulayır. “Çünki ruslar daxili problemlərlə məşğul olduqları zaman xarici siyasətdə daha çox proqnozlaşdırılmanın olmasını istəyirlər. Dünyanın bir sıra bölgələrində, cənub regionlarında, keçmiş Sovet İttifaqının cənubunda qeyri-müəyyənliyin mövcud olduğu bir vaxt ABŞ-la, Çinlə, eləcə də Avropa İttifaqı ilə münasibətlərdə davamlılığın olması onlar üçün olduqca vacibdir”-deyə o bildirir.

Bəzi təhlilçilər irəliyə baxaraq, Birləşmiş Ştatların cənab Obama administrasiyasının birinci dönəmində olduğu kimi Rusiya ilə münasibətlərə eyni dərəcədə diqqət verib-verməyəcəyi məsələsi üzərində düşünür.

Birləşmiş Ştatlar hazırkı an daha çox Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələrə diqqət ayırır. Təhlilçi Stiven Cons:”Çinə diqqət var. Birləşmiş Ştatları Rusiyadan daha çox narhat edən başqa mühüm məsələlər var.”

Robert Leqvold ABŞ-Rusiya münasibətlərinin hazırkı durumunu “proqnozlaşdırıla bilməyən münasibətlər” kimi xaraketrizə edir. “Əgər işlər yaxşı getsə və mən inanıram ki, bu belə də olacaq, o zaman burada daha çox diqqət və təşəbbüs göstərilməlidir. Bu olmasa, münasibətlərdə geriləmə baş verə bilər, ya da hadisələr gözlənilməz məcraya düşə bilər”-deyə o bildirir.

Lakin təhlilçilər üçün bir məsələ aydındır. ABŞ və Rusiya arasında münasibətlər son illər ərzində elə geniş miqyasda inkişaf edib ki, soyuq müharibənin gərginlik dövrünə artıq qayırmaq mümkün deyil.
XS
SM
MD
LG