Accessibility links

Prezident Obama Ağ Evdə Fransa prezidenti Nikola Sarkozini qəbul edib

  • Amerikanın səsi

Prezident Obama Ağ Evdə Fransa prezidenti Nikola Sarkozini qəbul edib

Prezident Obama Ağ Evdə Fransa prezidenti Nikola Sarkozini qəbul edib

ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozi terrorizm əleyhinə mübarizədə əməkdaşlıq aparacaqlarına söz veriblər. ABŞ prezidenti bu gün Ağ Evdə Fransa prezidentini qəbul edib. Cənab Sarkozi deyib ki, Birləşmiş Ştatlar və Fransa terrorizmə qarşı mübarizədə birgə dayanacaq. Cənab Obama öz növbəsində Nigerdə iki Fransa vətəndaşının girov götürülüb qətlə yetirilməsilə bağlı başsağlığı bildirib. Cənab Sarkozinin bu il Fransanın sədrlik etdiyi Böyük 20-lər qrupunun fəaliyyəti ilə bağlı başlıca məqsədləri göstərdiyi bildirilir. Dövlət başçılarının NATO-nun başçılığı ilə Əfqanıstanda müharibə, Pakistanda vəziyyət və Afrikanın şimalında yaraqlıların yaratdığı təhlükələri müzakirə etdiyi deyilir.

XS
SM
MD
LG