Accessibility links

ABŞ Səudiyyə Ərəbistanına yeni döyüş təyyarələri sata bilər


ABŞ Səudiyyə Ərəbistanına yeni döyüş təyyarələri sata bilər

ABŞ Səudiyyə Ərəbistanına yeni döyüş təyyarələri sata bilər

Wall Street Journal qəzeti adının açıqlanmadığı diplomatlar və rəsmilərə istinadə məlumat verib ki, 10 il müddətinə 30 milyard dollar dəyərində bu sövdələşmə ətrafında aylardır müzakirələr aparılır.

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına 84 ədəd F-15 tipli döyüş təyyarəsi satmağı nəzərdən keçirir. Wall Street Journal qəzeti adının açıqlanmadığı diplomatlar və rəsmilərə istinadə məlumat verib ki, 10 il müddətinə 30 milyard dollar dəyərində bu sövdələşmə ətrafında aylardır müzakirələr aparılır. Qəzetin bildirdyinə görə, buraya İsrailin etiraz etdiyi uzun mənzilli silah sistemləri daxil deyil. Wall Street Journal yazır ki, İsrail ABŞ-ın müasir silahlarının ərəb dövlətlərinə satışının onun hərbi gücünü azalda biləcəyi ilə bağlı narahatlığını bildirib. Qəzet yazırki, Vaşinqton məsələyə aydınlıq gətirdikdən sonra yəhudi dövlətinin sövdəyə etiraz edəcəyi gözlənilmir.

XS
SM
MD
LG