Accessibility links

ABŞ Səudiyyə Ərəbistanını döyüş təyyarəsi ilə təmin edir

  • Amerikanın səsi

ABŞ Səudiyyə Ərəbistanını döyüş təyyarəsi ilə təmin edir

ABŞ Səudiyyə Ərəbistanını döyüş təyyarəsi ilə təmin edir

Birləşmiş Ştatlar 29,4 milyar dollarlıq yeni razılaşmaya əsasən Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrini döyüş təyyarəsi ilə təmin edəcək.

Ağ Evin açıqladığı bəyanatda deyilir ki, ABŞ və Səudiyyə Ərəbistanı hökumətləri arasında imzalanmış razılaşmaya görə, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının kral hərbi hava qüvvələrini F -15SA döyüş təyyarəsi ilə təmin edəcək.

Bəyanatda deyilir ki, razılaşmada həmşinin 84 yeni təyyarənin ishtesalı və mövcud 70 təyyarənin müasirləşdirilməsi nəzərdə tutulub.

Ağ Ev sənaye ekspertlərininin dediklərini qeyd edərək bildirir ki, razılaşmada nəzərdə tutulduğu kimi yeni təyyarələrin istehsalı Amerikada 50 min yeni iş yerinin açılmasına və ABŞ iqtisadiyyatına ildə 3,5 milyard dollar dəyərində gəlir əldə etməyə kömək edəcək.

Bəyanatda həmçinin qeyd edilir ki, razılaşma iki ölkə arasında münasibətlərin güclənməsinə və möhkəmlənməsinə yardəm edir və eyni zamanda ABŞ-ın regional təhlükəsizliyin əsas komponenti kimi Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətinin güclənməsinə işinə sadiqliyini nümayiş etdirir.

XS
SM
MD
LG