Accessibility links

ABŞ-ın Cənubi Karolina şatatında 14 yaşlı yeniyetmə atasını qətlə yetirdikdən sonra yaxınlıqdakı ibtidai məktəbə gedərək, iki uşağı və müəlliməni yaralayıb.

Hadisə çərşənbə günü günortadan sonra Anderson mahalının Tounvill ibtidai məktəbində baş verib.

Anderson mahalı polis idarəsinin mayoru Qarlend Meyor 6 yaşlarındakı uşaqlardan birinin budundan, digərinin isə ayağından yaralandığını bildirib. Qalan uşaqlar isə yaxınlıqdakı kilsəyə aparılıb.

Rəsmilər hücumun səbəbinin araşdırıldığı, yeniyetmənin isə nəzarət altına alındığını bildirib.

XS
SM
MD
LG