Accessibility links

ABŞ rəsmiləri Konnektikut ştatının Nyutaun şəhərində 26 adamın ölümülə nəticələnmiş qətliamın mötivləri haqda bir söz deyə bilmir. Hadisəni törədən şəxsin 20 yaşlı Adam Lanza olduğu bildirilir. O, Nyu-York şəhərindən 130 kilometr aralıda yerləşən şəhərdəki ibtidai məktəblərdən birinə daxil olaraq məktəblilərə və müəllimlərə atəş açıb.

Rəsmilər onun hadisə yerində özünü vurub öldürdüyünü bildilir. Rəsmi nümayəndələrin bildiridiyinə görə,o əvvəlcə anasını yaşadığı evində öldürüb, sonra isə bir söz demədən məktəbə daxil olub qətliam törədib. Hadisə yerində iki tapança, qatilin maşınında isə avtomat tapıldığı deyilir.

Şahidlərin verdiyi məlumata görə, qara rəngli hərbi geyimdə olan silahlı şəxs cümə günü günörta saatlarında məktəbə daxil olub, iki otaqda məktəblilər və müəllimlərə atəş açıb. Məktəbin direktoru da hadisə zamanı ölənlər arasındadır.

Şənbə günü Amerika xalqına həftəlik müraciətində prezident Obama hər bir amerikalı valideynin ürəyində ağır bir yara olduğunu deyib. ABŞ prezidenti bu kimi faciələrin qarşısını almaq üçün fəaliyyət göstərilməsinə çağırıb.
XS
SM
MD
LG