Accessibility links

ABŞ boyu təhlükəsizlik tədbirləri gücləndirilib


Boston şəhərindəki marafon zamanı ölümlə nəticələnən bomba hücumlarından sonra Birləşmiş Ştatlar boyu təhlükəsizlik tədbirləri gücləndirilib.

Vaşinqton və Nyu-Yiork daxil edilməklə, ölkənin böyük şəhərlərində hökumət binaları, tarixi abidələr, nəqliyyat vasitələti və idman kompleksləri güclü polis nəzarəti altındadır.

Nyu-York şəhərinin polis komissarı Raymond Kelli hədəf alına biləcək Empire State binası və Rokfeller Mərkəzi, turistlərin toplaşdığı yerlərin ciddi mühafizə oldunduğunu deyib.

Nyu York şəhərinin meri Maykl Blumberq sakinləri Bostonda baş verənləri unutmamağa, amma öz həyatlarını normal məcrada davam etdirməyə çağırıb.

Vaşinqtonda Kapitoli binası ətrafında çoxsayda polis nəzərə çarpır. Binaya gələn müsafirlər xüsusi itlərdən istifadə olunmaqla təftiş edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG